Henrik Semiradski | |
---|---|
pol. Henryk Siemiradzki | |
Doğum tarixi | 12 (24) oktyabr 1843 |
Doğum yeri |
|
Vəfat tarixi | 23 avqust 1902[1][2][…] (58 yaşında) |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Stil | akademizm |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Henrik İppolitoviç Semiradski (rus. Ге́нрих Ипполи́тович Семира́дский) və ya Henrik Hektor Semiradski (pol. Henryk Hektor Siemiradzki, rus. Ге́нрик Ге́ктор Семира́дский; 12 (24) oktyabr 1843, Xarkov – 23 avqust 1902[1][2][…]) — polyak mənşəli[3][4][5] Rusiya[5] rəssamı, akademizmin ən böyük nümayəndələrindən biri. O, Xarkov və Sankt-Peterburqda təhsil almış, lakin fəal yaradıcılıq həyatının çox hissəsini Romada keçirmişdir. O, daha çox qədim Yunanıstan və Roma tarixindən səhnələrə dair monumental rəsmləri ilə tanınır. O, teatrların və şəxsi interyerlərin dizaynı ilə məşğul olmuşdur. İmperator Rəssamlıq Akademiyasının, Berlin, Stokholm, Roma, Turin rəssamlıq akademiyalarının akademiki və professoru, Fransa İncəsənət Akademiyasının müxbir üzvü olmuşdur. Əsərləri əsasən Polşa, Ukrayna və Rusiya muzeylərində, eləcə də Avropa ölkələrinin şəxsi kolleksiyalarında salanılır. 1903-cü, 1939-cu, 1968-ci və 1980-ci illərdə Polşada rəssamın fərdi sərgiləri keçirilmişdir. 2017–2018-ci illərdə Dövlət Rusiya Muzeyində "Henrik Semiradski və Romadakı Rusiya rəssamlarının koloniyası" ensiklopedik sərgisi keçirilmişdir. Rəssamın bir çox əsərləri itmişdir.